Şəkidə intihar hadisəsi baş verib.
Şəki rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1941-ci il təvəllüdlü Rəhman Rəsulov isə yaşadığı evin tavanından özünü asıb. Rəhman Rəsulovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov