22 İyun 2022 11:41
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Sədaət Xəlilovun şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Sədaət Xəlilovun həbs müddəti 1 il azaldlıb.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib.

Səadət həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib.

Qulu Muxtarov və Sahil Abuşovun işi S.Xəlilovun işindən ayrılıb.

Sədaət Xəlilov tək mühakimə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.


Müəllif: Hacı Zeynalov