1 Dekabr 2014 11:41
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 1-də saat 02:10 radələrində, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1989-cu il təvəllüdlü Böyükağa Zeynalovun idarə etdiyi “VAZ 2106” markalı və 1991-ci il təvəllüdlü Şəhriyar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə, Böyükağa Zeynalovun sərnişini, 1993-cü il təvəllüdlü Orxan Təhməzov hadisə yerində dünyasını dəyişib. Sürücü Böyükağa Zeynalov və digər sərnişini - 1993-cü il təvəllüdlü Rayət Ramazanov, “Hyundai” markalı avtomobilin sürücüsü Şəhriyar Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: