Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən şahlar Əliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin mayın 16-da Nərimanov rayonu ərazisindəki 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında Bakı şəhər sakini Şahlar Əliyev ailə-məişət münaqişəsi zəminində orada tibb bacısı işləyən arvadı Minarə Salmanovanı bıçaqla qətlə yetirib.
Şahin Əliyev həmin ərazidə xidmət aparan Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin n əməkdaşları tərəfindən saxlanılıb və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı dekabrın 8-nə təyin edilib.
Hacı Zeynalov