23 İyun 2022 16:18
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Ülkər Qədirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ülkər Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib.

İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı məsləhət görüb. Bu yolla onlardan 23 min və 6 min manat pul alıb.

Onlardan birini Çevik Polis Alayına, digərini isə xarici şirkətdə fəhlə işinə “düzəltmək” adı ilə hərəsindən 9 min manat pul alıb.

Bütün bu cinayət əməllərinə görə, Ülkər Qədirova sadaladığımız zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.


Müəllif: Hacı Zeynalov