Göyçay rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ulaşlı-Şıxlı kəndində qeydə alınıb. rayon sakini Natiq Məmmədov sirkə turşusundan zəhərlənərək ölüb.
Məlum olub ki, Natiq Məmmədov intihar etmək məqsədilə sirkə turşusu içib. Üç övlad atası Natiq Alməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla araşdırma aparılır.
Hacı Zeynalov