Gəncə şəhər sakini intihara cəhd edib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Dinar Əhmədov 200 ədəd dərman həbi içərək özünü zəhərləyib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov