30 İyun 2022 17:10
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Teleqraf.com xəbər verir ki, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, istintaq hərəkətləri davam etdirilir.

"İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaqdır", -deyə E.Hacıyev bildirib.


Müəllif: Teleqraf.com