4 İyul 2022 01:15
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda 47 yaşlı kişi Məhəmməd peyğəmbəri təhqir edən müxalifətdə olan Bharatiya Janata Partiyasının üzvü Nupur Şarmanı dəstəklədiyi üçün başı kəsilməklə qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, "The Guardian"a görə, hadisə 28 iyun 2022-ci ildə Racastan ştatının Udaipur şəhərində baş verib.

Qətldə şübhəli bilinən iki şəxs eyni gündə saxlanılıb.

Amansız qətlin baş verdiyi şəhərdə yaşayan müsəlmanlar hindu icmasının mümkün aksiyalarından narahatdırlar.

"Mən bilirəm ki, edilənlər vəhşilikdir, lakin cəmiyyət iki nəfərin hərəkətinə görə məsuliyyət daşımamalıdır" deyə, şəhərin müsəlman sakinlərindən biri deyib.


Müəllif: Teleqraf.com