4 İyul 2022 13:36
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.

Vəkil bildirib ki, hadisə baş verən an Samir Cəfərov anlaqsız vəziyyətdə olub və buna görə də onun barəsində ekspertiza təyin olunmalıdır.

Məhkəmə vəsarəti təmin edib.

Samir Cəfərovun barəsində ekspertiza təyin edilib.

Bununla bağlı iş Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

İttihama görə, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Samir Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.

İstintaq orqanı tərəfindən Samir Cəfərovun barəsində Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov