5 İyul 10:47
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda stilisti qətlə yetiməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcələssinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Orxan Seyidov stilist kimi fəaliyyət göstərib.


Müəllif: Hacı Zeynalov