6 İyul 2022 09:55
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rafail Əliyevin icraatına verilib.

Bu iş üzrə yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin aprelin 14-də baş verib.

Həmin gün saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Şaxanım Ələkbərovanı keçmiş əri Yasin Məhərrəmov ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı onu öldürməsi müəyyən edilib.

Bir neçə il əvvəl ailə quran cütlüyün 1 qızı dünyaya gəlib.

Sonradan onların münasibətləri kəskinləşdiyindən Şaxanım Ələkbərova həyat yoldaşından rəsmən boşanıb.

İstintaq orqanı tərəfindən Yasin Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov