8 İyul 2022 11:55
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Namiq Zeynalov 12 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Namiq Zeynalovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İstintaq orqanı tərəfindən Namiq Zeynalovun barəsində Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

O, Cəlilabad rayon İcra Hakimiyyətində 2020-ci ilin dekabr ayında keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin ötən il dekabrın 8-də imzaladığı sərəncamla Namiq Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Müəllif: Hacı Zeynalov