13 İyul 2022 13:14
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ər arvadına xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə şəhərin Tereşova küçəsində olan çay evinin qarşısında baş verib.

Göygöl rayon sakini, 1980-ci il təvəllüdü Sahib həmin ərazidə arvadı Səbinəni (adlar şərti verilib – red.) döyüb.

Bu səbəbdən hadisə yerinə polis əməkdaşları gəlib.

Bu zaman sərxoş kişi polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlədib.

Bundan sonra hadisəni törədən şəxs Gəncə şəhər Polis İdarəsinin 2-ci polis şöbəsinə gətirilib.

Sahib polis şöbəsində verdiyi izahatında göstərib ki, evlidir, himayəsində 8 aylıq uşağı var. Onun sözlərinə görə, iyulun 10-da yaşadığı evdə ailəsində söz-söhbət olub və içkili olduğundan həyat yoldaşına qışqırıb.

Polis əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə ittiham verilib.

Gəncə şəhər Məhkəməsinin qərarı ilə Sahib 150 manat cərimə olunub və sərbəst buraxılıb.


Müəllif: Hacı Zeynalov