16 İyul 2022 16:28
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Cəlilabad rayonundan paytaxt ərazisinə satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə gətirən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutularaq Polis İdarəsinə gətirilib. Onun əlindəki idman çantasına baxış zamanı 2 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 4 kiloqram olan narkotik vasitə heroin aşkar edilib. Həmin şəxs heroini 26 min manata sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirlərin birindən onlayn yolla aldığını və satmaq məqsədi ilə paytaxta gətirdiyini bildirib.

Faktla bağlı Vüqar Bayramov barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vüqar Bayramovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Teleqraf.com