2 Dekabr 2014 22:57
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi polisi qanunsuz silah saxlayan şəxsi saxlayıb.

Teleqraf.com-un xəbərinə görə, rayon polis şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında rayonun Ağabəyli kəndi ərazisindəki məcburi köçkün qəsəbəsində məskunlaşan, əslən Laçın rayonunun Dambulaq kəndindən məcburi köçkün olan Xosrov Muğan oğlu Əsədovun və onun qaynatasının evində axtarış aparılıb.

Axtarış zamanı Xosrov Əsədova məxsus olan və qaynatasının evində qanunsuz saxladığı 1 ədəd “Makarov” tipli LÇ-2838 nömrəli tapança, silaha aid 2 ədəd patron darağı, həmin silaha aid 100 ədəd güllə, əlavə olaraq “TT” markalı tapançaya aid 1 ədəd daraq və 42 ədəd güllə aşkar edilərək götürülüb.

Xosrov Əsədov bildirib ki, silahı ona Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində döyüşlərdə iştirak edən mərhum qardaşı bağışlayıb. O da silahı qardaşının nişanəsi olaraq saxlayıb. Silahın hansısa bir cinayətdə istifadə olunub-olunmamasını müəyyənləşdirmək məqsədi ilə ekspertiza təşkil edilib. Hazırda faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər