Bu gecə səhərə yaxın Şamaxı rayonunda zəlzələ baş verib.
Teleqraf.com-un AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06.34.57-də Qobustandan 20 km qərqdə qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar yerin 15 km dərinliyində, episentrdə 3. bal gücündə hiss olunub.
Zəlzələ hiss olunmayıb və təbii fəlakət nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.