26 İyul 2022 13:30
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhər Məhkəməsinin sabiq hakimi İlyas Mahmudov həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində Olyas Mahmudovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və İlyas Mahmudovun barəsində 3 ay 21 gün müddətində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İlyas Mahmudov vəzifə səlahiyyətlərindən sui-istifadə və Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham edilir.

Onun işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.

Qeyd edək ki, 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Sumqayıt şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin səbəbi qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması olub.

Xatırladaq ki, İlyas Mahmudov 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1993 – 1998-ci illərdə Ali Məhkəmənin Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, qanunçuluğun sistemləşdirilməsi və tətbiqi şöbəsində məsləhətçi, 1998 – 2001-ci illərdə Ali Məhkəmənin Plenumu və Rəyasət Heyətinin Katibliyində baş məsləhətçi, 2001 – 2006-cı illərdə Ali Məhkəmənin Qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin rəisi, 2006 – 2007-cı illərdə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdiri, 2007 – 2008-ci illərdə isə Ali Məhkəmənin Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin müdir müavini olub.

2008-ci ildən isə Sumqayıt şəhər Məhkəməsinin hakimi idi.


Müəllif: Hacı Zeynalov