3 Dekabr 2014 13:28
601

Bakıda dilənçiliklə məşğul olan qadınlar inzibati məsuliyyətə cəlb olunublar.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində dilənçiliklə məşğul olan 4 qadın müəyyən olunaraq barələrində inzibati protokol tərtib olunub.

Bundan əlavə, 1 azyaşlı ilə profilaktik söhbətlər aparılaraq qeydiyyatda olduqları ünvana göndərilməsi təmin edilib.

Hacı Zeynalov


Müəllif: