Bakının Binəqədi rayonunda soyğunçuluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Rüzgar Cəfərov tutulub.
Rüzgar Cəfərov noyabrın 20-də saat 11:30 radələrində, Binəqədi şossesi 3-də yerləşən orta məktəbin ərazisində 9-cu sinif şagirdinə qarşı soyğunçuluqda şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov