3 Avqust 2022 08:59
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratmaqda ittiham olunan Orxan Elxan oğlu Zərbəliyev və Səfa Elman oğlu Dabaxanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma, qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.


Müəllif: Hacı Zeynalov