Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Sabunçu rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Ceyhun Əliyev özünü asaraq ölüb.
İntihar edən Ceyhun Əliyevin özünü öldürməmişdən əvvəl yazdığı məktub üzə çıxıb. O, sevdiyi qızla qovuşa bilmədiyini və bu səbəbdən özünə qəsd etdiyini yazıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov