4 Dekabr 2014 12:01
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında təqsirli bilinən Qurban Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Qurban Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Qurban Əliyevin barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Qurban Əliyev 2014-cü il martın 19-da baş verən ağır qəzanın törədilməsində təqsirli bilinib. Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində, Şamaxı rayonu ərazisində iki “Mersedes” markalı minik maşını və 90 RT 309 dövlət nömrə nişanlı “Daewoo Nexia” markalı maşınlar toqquşub.

Hadisə nəticəsində Ağsu rayon sakinləri - 1958-ci il təvəllüdlü Orucəliyev Cümşüd Rəcəb oğlu, onun iki oğlu - 1987-ci il təvəllüdlü Orucəliyev Rafiq Cümşüd oğlu, 1984-cü il təvəllüdlü Orucəliyev Rasim Cümşüd oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Cümşüd Orucəliyevin həyat yoldaşı 1955-ci il təvəllüdlü Hökumə Orucəliyeva və 2009-cu il təvəllüdlü nəvəsi Aytac Orucəliyeva, eləcə də Qəbələ rayon sakinləri - 1952-ci il təvəllüdlü Əliyev Qurban Cəfər oğlu, 1941-ci il təvəllüdlü Əhmədov Əziz Hacıməmməd oğlu, 1985-ci il təvəllüdlü İmanova Leyla Qurban qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər