4 Dekabr 2014 15:53
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə səfərdə olan Moldovanın geniştərkibli nümayəndə heyəti müalicə müəssisəsinə baş çəkib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyəti Avropa Şurası Güvən Artıran Tədbirlər (CMB) proqramı çərçivəsində Azərbaycan Penitensiar müəssisələrində vərəm, vərəm/QİÇS, həbs yerlərində tibbi və gigiyenik normalar, vərəmli xəstələr üçün müalicə və saxlama şəraiti, həmçinin azadlığa buraxıldıqdan sonra onlara davamlı nəzarət üzrə həyata keçirilən işlərlə tanışlıq məqsədilə Müalicə müəssisəsinə baş çəkib.

Başçəkmə zamanı tibbi və gigiyenik normalar, saxlanma şəraiti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, lazımi məlumatlar verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər