4 Dekabr 2014 17:06
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada polis həbs etdiyi bir nəfərin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının materiallarından ilham alaraq qurbanlarının başını kəsdiyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qurbanlarına baltayla hücum edən 23 yaşlı qatilin evində başı kəsilmiş meyitlər tapılıb.

Sol qolunda balta işarəsi olan şübhəli evindəki axtarışlar zamanı başı kəsilmiş üç cəsədin tapılmasından sonra həbs edilib. Araşdırmaların nəticəsində məlum olub ki, qatilin əsas hədəfləri səfil həyat tərzi keçirən şəxslər olub.

Polislər qatilin 36 adamı öldürməyi planlaşdırdığını, lakin istəyinə çatmadığnı və bugünədək 6 nəfəri öldürdüyünü qeyd ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər