8 May 2014 12:52
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobillərdən və mağazadan oğurluq edən keçmiş məhkum tutulub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aslan Mətləbli tutulub. O, Türkiyə vətəndaşı Cezik Murata məxsus avtomobilindən şəxsi sənədlərini, Samir İbrahimova məxsus mağazadan isə məişət əşyaları oğurlayıb.

Aslan Mətləbli Elşad Əhmədliyə məxsus mağazadan oğurluğa cəhd göstərib. Aslan Mətləbli əvvəllər məhkum olunub.

Hacı Zeynalov


Müəllif: