Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakinləri - 1977-ci il təvəllüdlü İsmayılov Ərəstun Mabud oğlu və onun əmisi oğlu İsmayılov Davud Əflatun oğlu bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, hər iki şəxsin vəziyyəti stabildir.
Xaçmaz rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna bildirilib ki, iki əmi oğlunu bıçaqlayan şəxslərin kimliyi müəyyənləşdirilib. Həmin şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır