Bakının Nərimanov rayonunda polis əməkdaşı bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə dekabrın 4-də saat 13 radələrində qeydə alınıb.
Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. Bu səbəbdən onu Bakı Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb və sənədlərini təqdim etməsi tələb edilib.
Tabeçilik göstərməmiş Anar Hüseynov avtomobili hərəkətə gətirərək Emin Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib. Polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Anar Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov