8 May 2014 13:32
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri həbs edilib. Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri Şahmurad Xudaverdiyev, Fərid Rəhimov, Yevlax rayon sakinləri Alişan Məmmədov və Əfqan Salmanov saxlanılıblar.

Onların Bakı şəhər sakinləri Kamil Rüstəmova məxsus dərzi sexindən, Nərgiz Mirzəyevaya məxsus gözəllik salonundan, Şahin Zurnayevə məxsus avtomobildən, Qafur Mustafayevə, Muxtar Şükürova, Elçin Əsədliyə və Şəhriyar Səhrabzadəyə məxsus mağazalardan pul, danışıq kartı, geyim və məişət əşyaları oğurlamaları məlum olub.

Hacı Zeynalov


Müəllif: