Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Zamiq Ağakişiyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər bankların adından istifadə etməklə bir qrup vətəndaşın pulunu mənimsəyiblər. Onlar Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər.
Hacı Zeynalov