5 Dekabr 2014 16:51
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşı Rüstəmov Rasim Ağabala oğlu hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb. Müvafiq qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb. Gömrük baxışı zamanı Rasim Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən bəyan etmədiyi 140 000, üzərindən isə 10 000, ümumilikdə 150 000 ABŞ dolları aşkar edilib.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda isə Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi “Renault” markalı, 90JZ606/10ZH735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı nəqliyyat vasi­təsinin salonunda yataq yerinin altında olan yeşikdən “Desmopressin” adlı 298 flakon dərman preparatları gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər