Təxribat xarakterli videoları ilə tanınan rus “jurnalist” Semyon Peqov Moskva polisi tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Semyon Peqov sərxoş vəziyyətdə mehmanxanaya daxil olaraq administratoru hədələyib.
Şikayət əsasında Peqov polis tərəfindən saxlanılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub.
Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.