7 Sentyabr 2022 08:59
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramov qarşı dələduzluq etməkdə ittiham olunan Elçin Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Nəsrulla Bayramov biznes qurmaq üçün Bağırov Elçin Səməd oğluna 230 min manat verib.

Razılaşmaya görə, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay Nəsrulla Bayramovla böləcəkmiş.

Xatırladaq ki, Nəsrulla Bayramovdan başqa, cinayət işi üzrə 6 nəfər – Samir Daşdəmirov, Sadiq Əkbərov, Natəvan Əkbərova, Zaur Mirzəyev, Səbuhi Tağıyev və Rəşad Şirinov zərərçəkmiş qismində tanınıblar.

Istintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham elan eidlib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər