7 Sentyabr 2022 16:16
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda 1991-ci il təvəllüdlü Samir şəmisi oğlu Paşaya xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 1-də rayonun Qaradeyin kəndinində baş verib. Samir həmin gün sərxoş vəziyyətdə evinə gedərkən qəbiristanlığın yaxınlığında əmisi oğlu, 1988-ci il təvəllüdlü Paşa ilə rastlaşıb.

Samir əmisi oğlu ilə əvvəllər baş vermiş mübahisənin davamı olaraq deyişib, Paşa ona söyüb. Samir isə əlində olan ağac parçası ilə Paşanı döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Samir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Paşa ilə aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmayıb: “Hadisədən təxminən bir həftə əvvəl mənə məxsus pay torpağı özbaşına əkdiyinə görə Paş ilə mübahisəmiz yarandı. Sentyabrın 1-də kənddə bir qədər pivə içdikdən sonra yaşadığım evə doğru gəldim.

Qəbiristanlıq yolunun yaxınlığından keçən körpüyə çatdıqda əmim oğlu Paşa ilə rastlaşdıq. Paşa əlində ağac parçası mənə yaxınlaşaraq ünvanıma nalayiq ifadələr işlətdi. Nalayiq söyüşlər söyməsinə görə ona etirazımı bildirdim. Lakin o, nalayiq ifadələr işlətməkdə davam etdi. Məni vuraraq xəsarət yetirdi, zərbənin təsirindən yerə yıxıldım.

Özümə gəldikdən sonra yaşadığım evə getdim, bıçaq götürüb təkrar hadisə yerinə gəldim. Paşaya yaxınlaşıb bıçaqla sol sinə nahiyəsinə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bıçağı kənd ərazisindən keçən su kanalına tullayıb.

O, zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əməldən peşman olduğunu söyləyib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Paşanın sözlərinə görə, hadisədən təxminən bir həftə əvvəl əmisi oğlu Samirlə mübahisə edib: “Samir ona məxsus torpaq sahəsində arpa əkdiyimi iddia etdi. Sentyabrın 1-də saat 22 radələrində pivəxanada olarkən Samir mənə yaxınlaşdı, nə səbəbdən pay torpağında əkin əkdiyimi dedi. Samirə ona məxsus torpaq sahəsini zəbt etmədiyimi dedim.

Samir həmin vaxt sərxoş idi. Ünvanıma nalayiq söyüşlər söydü, oradan qalxaraq küçəyə çıxdım. Kəndin qəbiristanlıq yolunun yaxınlığından keçən körpüyə çatdıqda, Samirlə orada görüşdüm. Əlimdə ağac parçası vardı. Mübahisə zamanı Samiri ağac parçası ilə bir-iki dəfə vurdum. Zərbənin təsirindən yerə yıxıldı”.

Zərərçəkmiş daha sonra ifadəsində əmisi oğlu tərəfindən bıçaqlandığını deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir 2 il 11 ay 28 güm müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər