Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Sentyabrın 14-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mansur İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.