16 Sentyabr 2022 12:45
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Aqil Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin iyulun 14-də saat 13 radələrində Tərtər-Şıxarx yolunun kənarında 1982-ci il təvəllüdlü Leyla Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Leyla Mustafayevanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Aqil Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov