7 Dekabr 2014 20:16
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücünün idarəetməsindən çıxan avtomobil şirkətin giriş qapısına çırpılıb.

Bakının Səbail rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib. 1988-ci il təvəllüdlü Yadigarov Elman Elxan oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VG 510 nömrə nişanlı avtomobil Dövlət Neft Şirkətinin binasına çırpılıb.

Belə ki, sürücünün idarəetməsindən çıxan avtomobil şirkətin Niyazi küçəsi 1 ünvanında yerləşən əsas binasının giriş qapısına çırpılaraq dayanıb. Nəticədə binanın qapısı sınıb, sürücü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır. /Lent.az/

Müəllif: