21 Sentyabr 2022 16:47
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda anasını və bacısın qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs özünü təqsirli bilib.

Növbəti proses sentyabrın 22-də davam edəcək.

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.

M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər