8 May 2014 14:52
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağın işğalı qəbul olunmazdır. Beynəlxalq ictimayyət bu məsələyə susqun qalmamalıdır. Hondras Respublikası bölgələrin ərazi bütövlüyü məsələsindən çıxış edir. Dağlıq Qarabağın işağlı da ədalətsiz bir məsələdir. Bizi daha çox bu məsələnin humanitar və beynəlxalq hüquqa zidd olması narahat edir”.

Bunu Xarici İşlər Nazirliyində Elmar Məmmədyarovla birlikdə mətbuat konfransı keçirən Hondurasın Xarici İşlər naziri Mireya Aquero de Korrales deyib.

O, qeyd edib ki, Azərbaycanla Hondurasın mövqeyi üst-üstə düşür.

Elmar Məmmədyarov isə Hondurans hökümətinə Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkurunu bildirib.

Səxavət


Müəllif: