8 Dekabr 2014 12:28
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları həbsxanalara qanunsuz əşyaların keçirilməsinin qarşısını alıb.

Bu barədə Teleqraf.com-a Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mais Abbas oğlu Abbasovun yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhər sakini vətəndaş Abbas Kərəm oğlu Abbasovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxşı zamanı onun gödəkçəsinin cibindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia 6230” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Mais Abbasov Cinayət Məcəlləsinin 178.2.1; 178.2.2 və 178.2.4 maddələrinə əsasən 6 il müddətinə azadlıqdan məhrum edilib. Daha bir əməliyyat Bakı İstintaq təcridxanasında keçirilib. Təcridxanada saxlanılan şəxs Oqtay Qabil oğlu Zəkiyevin yanına qısamüddətli görüşə gəlmiş xalası qızı, Gəncə şəhər sakini vətəndaş Şöhlə Saleh qızı Həsənlinin üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun alt paltarının içərisindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Oqtay Zəkiyev Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4 və 120.2.5 maddələrinə əsasən həbs edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər