Binəqədi rayonunda facili hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qətibə Ələsgərova evində dəm qazından zəhərlənərək ölüb. Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. Salyan yolu 32 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Kərimov Rövşən Böyükxan oğlu dəm qazından boğularaq ölüb. Onun meyitini yaxınları hamam otağında aşkarlayıblar.
Daha bir hadisə Samux rayonunda baş verib. Samux rayon sakini Pərvanə Bağırova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Hacı Zeynalov