Daxili İşlər Nazirliyi istirahət günləri baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iki gün ərzində 11 yol nəqliyyat hadisəsi baş verib.
Baş verən qəzalar nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ağır qəzalardan biri Abşeron rayonunun Fatmayı qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fikrət Rəsulovun və Mehdiabad qəsəbə sakini Ramin Həsənovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. F.Rəsulov hadisə yerində ölüb, 1 sərnişini, habelə R.Həsənov xəstəxanaya yerləşdiriliblər.
Daha bir yol qəzası Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Samir Hüseynovun idarə etdiyi “Mercedes” və Mirmehdi Həsənovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Hər iki sürücü və M.Həsənovun 3 sərnişini xəstəxanaya yerləşdiriib.
Oxşar hadisə Tərtər şəhərində də qeydə alınıb. ,əhər sakini Zaur Mustafayevin və Ağcabədi rayon sakini Səxavət Rüstəmovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. Z.Mustafayevin 2 sərnişini, habelə S.Rüstəmovun 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Ağstafa rayonunun Saloğlu qəsəbəsində Biləsuvar rayon sakini Ağacəfər Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb, nəticədə 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Cəlilabad şəhərində rayon sakini Ramil Bayramovun və Masallı rayon sakini Əlisəfa Nurulayevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. R.Bayramov və Ə.Nurullayevin sərnişini - həmyerlisi Nəzi Mehdiyev hadisə yerində ölüb.
Hacı Zeynalov