8 Dekabr 2014 16:10
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda silsilə oğurluqlar törədən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Elşən Mayılov tutulub.

O, sentyabrın 12-də Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində Nizami Həsənovun mənzilindən, açıq pəncərədən keçməklə noutbuk, sentyabrın 21-də Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində Mehman Məhərrəmovun evindən qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları, 1000 manat və noutbuk, sentyabrın 24-də axşam saatlarında A.Rzayev küçəsində Əkbər Qurbanovun evindən, açıq nəfəslikdən keçməklə 9700 ABŞ dolları, dekabrın 2-də Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsində Fərhad Hacıyevin həyətindəki yardımçı tikilidən açıq qapıdan keçməklə elektrik tikinti ləvazimatlarını oğurlamaqda şübhəli bilinir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər