8 Dekabr 2014 17:10
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Seyran Cahangirova məxsus evin zirzəmisində təbii qaz sızmasından partlayış baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hadisə nəticəsində evə ziyan dəyib, yanıq xəsarətləri almış S.Cahangirov və qohumları Cavid Cahangirov, Cabir Cahangirov və Zamid Hüseynov xəstəxanaya yerləşdiriliblər.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Müəllif: