6 Oktyabr 2022 13:39
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik gətirib satmaqda ittiham olunan Gülnarə Nəsirova və Yaşar Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Teleqraf.com xəbər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Yaşar Cəfərov 15 il, Gülnarə Nəsirova isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunublar.

İttiham olunan şəxslər həbs olunarkən onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər