8 May 2014 15:46
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən Ağcabədi rayon sakini Vaqif hüseynovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, ötən il, aprelin 4-də Ağcabədi rayon sakini Vaqif Hüseynov ailə münaqişəsi zəminində atası Seyidəlini bıçaqlayaraq öldürüb.

Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vaqif Hüseynov tutulub. Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Vaqif Hüseynova hökm oxunub. Məhkəmənin hökmü ilə Vaqif Hüseynov 10 il 6 ay cəza alıb.

Hacı Zeynalov


Müəllif: