10 Oktyabr 2022 11:01
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Vüqar Səfərli 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vüqar Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurub.

Vüqar Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. O, bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər