Sumqayıtda nənəsini öldürməkdə təqsirləndirilən Nicat Əliyevin işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, iş üzrə toplanan materiallar araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər məhkəməsinə göndərilib.
İşə hakim Hafiz Əliyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin vaxtı müəyyən edilməyib.
Qeyd edək ki, bu ilin iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.