Bakının Nizami rayonunda yerləşən “Göy bazarı” adlanan ərazidə polisin geyim formasında olan bir neçə şəxsin satıcılardan pul tələb etməsi barədə Daxili İşlər Nazirliyinə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, dərhal həyata keçirilən tədbirlərlə məlumat təsdiqlənmiş və həmin şəxslər saxlanılıb. Araşdırmalarla polisin işgüzar nüfuzuna xələl gətirən qanunazidd hərəkətlərə yol verənlərin Nizami Rayon Mühafizə İdarəsinin keçmiş polis nəfərləri Hidayət Allahverdiyev və Nazim Əliyev olduqları müəyyən edilib.
Onların əməllərində Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsində nəzərdə tutulan cinayətin əlamətləri olduğundan toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.
Hacı Zeynalov