9 Dekabr 2014 15:43
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atası baltalarayaq öldürən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Şamil Razxayevin cinayət işi məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu il mayın 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda baş verib. 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış dekabrın 11-ə təyin edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər